26 oktyabr 2024. Şənbə

AFFA 6 aylıq cəzalanan klub rəsmisi ilə bağlı şikayəti təmin etmədi


AFFA 6 aylıq cəzalanan klub rəsmisi ilə bağlı şikayəti təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Atletico Baku FC” klubu tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb.

Corner.az xəbər verir ki, qurum sözüegedən komandanın şikayətini qismən təmin edib.

Belə ki, AFFA İntizam Komitəsinin 26.11.2021-ci il tarixdə “Atletico Baku FC” klubunun məşqçiləri Namiq Cəfərov və Sərraf Əhmədov barəsində verdiyi 3 oyunluq cəza 3 oyunluq şərti cəza ilə əvəz edilib.

Əvəzində bu klubun icraçı direktoru Xalid Hacıyev barəsindəki qərar qüvvədə saxlanılıb. Qərar 30 (otuz) gün ərzində tərəflərə göndəriləcək.

Xatırladaq ki, U-14 Liqasının “Neftçi” İK İB – “Atletico Baku” oyununda “Atletico Baku”nun icraçı direktoru Xalid Hacıyev futbolçuların valideynlərini hakimlərə qarşı ədavətə və qəddarlığa vadar etdiyi üçün 6 aylıq yarışlardan kənarlaşdırılıb. Matç bitdikdən sonra “Atletico Baku”nun məşqçiləri Namiq Cəfərov və Sərraf Əhmədov hakimləri təhqir etdiyi üçün hər iki məşqçi 3 oyun cəzalanıb.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir