9 may 2026. Şənbə

Səfərə ən yaxşı oyunlarımızdan birini göstərməyə gedirik


Səfərə ən yaxşı oyunlarımızdan birini göstərməyə gedirik
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Futbolçularımızı vacib qələbə münasibətilə təbrik edirəm. Hesab bizi aldatmasın. Həqiqətən də ciddi qəqibə qarşı oynayırdıq. Matça düzgün hazırlaşmışdıq. Fiziki baxımdan futbolçularda yorğunluq var idi. Çox layiqli qələbə qazandıq. İbrahima Vadjini oyunun gedişatına görə meydana buraxdıq. Rəqibdə qapanma olsaydı, Musa Qurbanlını bəlkə də meydana buraxardım.
 
Çempionluğun yarısının təmin olunduğunu əsla düşünmürəm. Komadamda da belə düşüncə yoxdur. Qarşıdakı matçlara daha ciddi hazırlaşmalıyıq”.
 
Qurbanov yenicə sıradan çıxan Kevin Medinanın zədəsindən də danışıb:
 
“Dünən məşqin sonunda ağrı hiss etdi. Bu gün 2 dəfə MRT müayinəsindən keçdi. Həkimlərin sözlərinə görə, zədə ciddi deyil. Bu, bizə ümid verdi. Əzələsində cuzi qanaxma vardı. İki gündən sonra bizə tam dəqiq cavab verəcəklər. İsveçrədə “Bazel”lə matçda oynamaq şansı 50/50-dir”.
 
Ağdam klubunun çalışdırıcısı “Bazel”lə oyunda hakim səhvlərinin qurbanı olmaq ehtimalından da söz açıb:
 
“Hakimliklə bağlı başımıza çox iş gəlib. Kimə deyirsən, "hakim də insandır, o da səhv edə bilər" deyir. Hakimliyi hazırda fikirləşirik. Elə oyunlar olub ki, hakim səhvlərinə rəğmən qalib gəlmişik. Amma hakimlik ciddi amildir. Bir səhvlə bütün əziyyəti yerə vura bilərsən. Çox olub ki, “görəsən, bilə-bilə ediblər” deyə fikirləşmişik. Bizim də lehimizə səhvlər olub. Amma "Bazel" kimi rəqiblərlə oyunlarda hakimlik vacib amildir. Səfərə ən yaxşı oyunlarımızdan birini göstərməyə, rəqibdən çəkinmədən çıxış etməyə gedirik. Elə çıxmasın ki, biz növbəti mərhələni təmin etmişik, ona görə arxayın oynayacağıq”.






Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi