6 noyabr 2026. Cümə

Qəbələ Gürcüstanda bürünc medal qazana bilər


Qəbələ Gürcüstanda bürünc medal qazana bilər
Tiflis şəhərində keçirilən "Dinamo Cup" beynəlxalq turniri davam edir. Corner.az xəbər verir ki, yarışın ilk günündə "Riqa" (Latviya) klubuna 2:3 hesabı ilə məğlub olan “Qəbələ”nin U-16 komandası dünən daha iki oyun keçirib.
 
Litvanın “Ateitis” klubu üzərində böyükhesablı qələbə qeydə alınıb - 4:1. İkinci görüşdə meydan sahibi “Dinamo”ya uduzan (0:3) Sərdar Qafarovun komandası ilkin mərhələdə 3 xalla 3-cü yeri tutub. İlk iki pillədə olan “Dinamo” (9 xal) və “Riqa” (4 xal) final, “Qəbələ” ilə “Ateitis” (1 xal) üçüncü  yer uğrunda oyuna çıxacaqlar.
 
Qeyd edək ki, yarış 2006-cı il təvəllüdlü futbolçular arasında keçirilsə də, reqlamentə əsasən, hər komanda avqustdan sonra doğulmuş 3 2005-ci il təvəllüdlü futbolçunu heyətinə qata bilər. “Qəbələ”də iki belə futbolçu var.






Misli Premyer liqa