8 avqust 2026. Şənbə

Abanqın komandadakı taleyi məlum deyil


Abanqın komandadakı taleyi məlum deyil

"Anatole Abanqın sarı vərəqə aldığı epizodları tam incələdikdən onunla bağlı qərar verəcəyik".

Corner.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Səbail"lə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XIII tur oyununda kamerunlu hücumçunun qırmızı vərəqə alması ilə bağlı danışarkən deyib.

41 yaşlı mütəxəssis futbolda bu cür halların baş verə biləcəyini söyləyib. Qurbanov qışda müqaviləsi bitən oyunçunun adının başqa klublarla hallanmasını normal hesab edib: "İnanmıram ki, fikri başqa yerdə olduğu üçün bu cür hərəkətlər etsin. Dünən ikinci qolumuzu Abanq vurub. Sadəcə, həmin epizodlar aqressivlikdən qaynaqlanırdı".

Gənc baş məşqçi "futbolçunun özünü nizamlaması üçün nələrsə edəcəksinizmi" sualını bu cür cavablandırıb: "Onun qışda klubla sözləməsi başa çatır. Komandada qalıb-qalmayacağı bəlli deyil".

Qeyd edək ki, Anatole Abanq "Səbail"lə görüşün 1 və 61-ci dəqiqələrində sarı vərəqə alaraq meydandan qovulub.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı