6 noyabr 2026. Cümə

Vurduğum qola görə şadam, amma nəticəyə görə yox


Vurduğum qola görə şadam, amma nəticəyə görə yox
“Keşlə”nin futbolçusu Felipe Santos Premyer Liqada “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib. Corner.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “İnstaqram” hesabında paylaşım edərək bunları qeyd edib:
 
“Vurduğum qola görə şadam, amma nəticəyə görə yox. Hansı ki, son dəqiqədə qələbəni əldən verdik. Hələ 2021-ci il sona çatmayıb. Sona qədər mübarizə aparacam”.
 
“Keşlə” – “Səbail” matçı 2:2 hesabıyla bitib. Felipe bu oyunda penaltidən fərqlənib.






Misli Premyer liqa