8 avqust 2026. Şənbə

Qarabağ klubu 8-ci dəfə qış çempionu olub


Qarabağ klubu 8-ci dəfə qış çempionu olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında qış çempionu XIII turda müəyyənləşib.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ” ilin son turu ərəfəsində qış fasiləsinə 1-ci pillədə yollanmağı təmin edib.

Ağdam klubu “Sabah”ı 5:1 hesabı ilə məğlub edərək izləyiciləri üçün əlçatmaz olub. Qurban Qurbanovun baş məşqçi olduğu komandanın 30 xalı var. “Köhlən atlar” “Qəbələ”ni 5 xal qabaqlayır.

Ağdamlılar ölkə çempionatları tarixində 8-ci dəfə yeni ili lider kimi qarşılayacaq. Səkkizqat ölkə çempionu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20 mövsümlərində də ilk yarını zirvədə tamamlayıb.

Bu göstəricidə rekord “Neftçi”yə məxsusdur. Bakılılar 9 dəfə (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21) qış çempionu olublar. İki komandanın aktivində üç belə uğur var. “Kəpəz” 1993/94, 1997/98, 1998/99, “İnter” adlandığı dövrdə “Keşlə” 2008/09, 2009/10, 2012/13 mövsümlərinin fasiləsinə lider kimi yollanmağa nail olub.

Digər 5 mövsümdə fərqli komandalar belə uğur qazanıb. Bunlar “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), "Xəzər Lənkəran" (2006/07) və "Olimpik" adlandığı dövrdə “Şüvəlan”dır (2007/08).

Qeyd edək ki, 1992 və 1993 mövsümlə







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı