4 avqust 2026. Çərşənbə axşamı

Azərbaycan çempionatı öncəsi hakimlər və məşqçilər üçün seminar


Azərbaycan çempionatı öncəsi hakimlər və məşqçilər üçün seminar
Dekabrın 7-dən 9-dək Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatı keçiriləcək. Corner.az xəbər verir ki, bu gün yarışla əlaqədar olaraq Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin iştirakıyla görüşləri idarə edəcək beynəlxalq və milli dərəcəli hakimlər üçün seminar keçirilib. 
 
Tədbirdə ədalət təmsilçilərindən maksimum diqqətli olmaq və qarşılaşmaları dəqiq, qərəzsiz idarə etmək tələb olunub. Daha sonra müxtəlif görüşlərdən mübahisəli epizodlar video görüntülərlə izah edilib.
 
Bu gün həm də yunan-Roma güləşi üzrə müxtəlif klub və cəmiyyətlərin, eləcə də bölgələrin komandalarının məşqçilərinin iştirakıyla seminar baş tutub. Yarışla bağlı müəyyən tövsiyyələri dinləyən mütəxəssislər öz təkliflərini də səsləndiriblər. Yekunda güləşin klassik növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib.
 
Qeyd edək ki, sabah 55, 60, 63, 67, 72, 77 və 82 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq. 87, 97 və 130 kq-da yer alan pəhləvanlar isə dekabrın 8-də çıxış edəcək.






Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı