26 oktyabr 2024. Şənbə

Daha dörd komandaya texniki məğlubiyyət verildi


Daha dörd komandaya texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar verilib:
 
Region Liqasının “Göyəzən” – “Qoşqar” UGİM-2 (Gəncə) oyununda “Göyəzən”in futbolçusu Anar İmamquliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. “Qoşqar”ın futbolçusu Vüsal Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının “Babək” – “Araz Naxçıvan” oyununda “Babək”in futbolçusu Abbas Həzimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının “Sabah” – “Səbail” oyununda “Səbail”in futbolçusu İbrahim Məmmədov “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Sabah”ın futbolçusu Nihat Cabbarov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-17 Liqasının “Qarabağ” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Cavid Cavadzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının “Sabah” – ROFM oyununda ROFM komandasının futbolçusu Bakir Tağıyev “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının “Zirə” – “Neftçi” İK İB oyununda “Neftçi”nin futbolçusu Mehdi Haşumov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Neftçi”nin baş məşqçisi Şahin Şahhüseynli hakimləri təhqir etdiyi üçün 5 oyun cəzalanıb.
 
U-12 Liqasının “Zirə” – “Neftçi” PFK oyununda “Neftçi”nin futbolçusu Rail Nağızadə “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. “Zirə”nin futbolçusu Məhəmməd Əlilli “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-11 Liqasının UGİM (Astara) – “Zirvə” (Lənkəran) oyununda “Zirvə” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı məğlubiyyət verilib.
 
U-11 Liqasının Metak – UGİM (Xaçmaz) oyununda UGİM komandasının məşqçisi Tural Cəlilov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
U-11 Liqasının UGİM (Mingəçevir) – “Uğur” (Mingəçevir) oyununda UGİM komandası adı protokolda qeyd olunmayan oyunçunu meydana daxil etdiyi üçün komandaya 0:3 hesablı məğlubiyyət verilib.
 
U-10 Liqasının UGİM (Tovuz) – “Turan Tovuz” oyununda UGİM komandasının heyətində yetərsay olmadığından oyun baş tutmadığı üçün komandaya 0:3 hesablı məğlubiyyət verilib.
 
Futzal üzrə Yüksək Liqanın “Alyans” FK – “Neftçi” İK oyununda “Neftçi”nin 11 nömrəli futzalçısı Adil İsmayılov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın “Baku Fire-2” – “Ulduz” oyununda “Ulduz”un 20 nömrəli futzalçısı Hüseynbala Talıbzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın “Star Karqo” – “Qarabağ Füzuli” oyununda “Star Karqo”nun futzalçısı Ayxan Məmmədov “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın “Dəstə Ordubad” – “Alyans Qrup” oyununda matçın 18-ci dəqiqəsində “Dəstə Ordubad”un futzalçısı Nəriman Dadaşov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın “Xan Lənkəran” – “Timsport” oyununda “Xan Lənkəran”ın baş məşqçisi İbrahim Həsənov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın “Rəvan” – “İsma Baku” oyununda “Rəvan”ın futzalçısı Məhəmməd Əliyev “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. “İsma Baku”nun futzalçısı Nemət Manafovun “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – “Baku Fire-3” oyununda “Atletiko Baku”nun baş məşqçisi Zaur Səmədov ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanıb.
 
Yüksək Qızlar Liqasının 8№-li RİOEUGİM – “Qəbələ” FK oyununda “Qəbələ” komandası yaş limitini pozduğu üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir