24 iyun 2026. Çərşənbə

Səbail və Qəbələ 1/4 finalda!


Səbail və Qəbələ 1/4 finalda!

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Ölkə kubokunda 2021/22 mövsümünə Zaqatalada start verilib. “Zaqatala” doğma meydanda Premyer Liqa təmsilçisi “Səbail”i qəbul edib. Görüş qonaqların qələbəsiylə başa çatıb.

Günün digər matçı MOİK “Qəbələ” ilə üz-üzə gəlib. Bu görüşdə də Premyer Liqa təmsilçisi sürprizə imkan verməyib və növbəti mərhələyə adlayıb.

Bu mərhələnin qalan iki matçı sabah keçiriləcək. Sonuncu oyun günündə “Keşlə” “Qaradağ Lökbatan”la, “Sabah” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycan kuboku
1/8 final
10 dekabr

Zaqatala – Səbail 1:3
Qol: Roini İsmayılov, 57 – Mirsayib Abbasov, 48; 90+2. Əfran İsmayılov, 67-pen.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Rəhman İmami, Rəşad Əhmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.

MOİK – Qəbələ 1:2
Qol: İlham Allahverdiyev, 34 – Rövlan Muradov, 55. Ülvi İsgəndərov, 88.
Qırmızı vərəqə: Elşən Veysov, 75.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rahil Ramazanov, Namiq Bəkirov.
Bakı. “Dalğa Arena”. Saat 17:00.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer