26 oktyabr 2024. Şənbə

Nəticədən razı olsam da, oyundan narazıyam


Nəticədən razı olsam da, oyundan narazıyam
'Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Zaqatala”ya qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, səfərdə 3:1 hesablı qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
 
“Ötən il olduğu kimi, rəqibimiz yenə də "Zaqatala" idi. Ötən il də bizə çətin anlar yaşatmışdılar. Bu gün də meydanda bərabər mübarizə izlədik. Qələbə münasibəti ilə futbolçuları təbrik edirəm. Nəticədən razı olsam da, oyundan narazıyam. İstədiyimiz oyunu sərgiləyə bilmədik. Bizim üçün çətin qarşılaşma oldu. İstəkli komandaya qarşı mübarizə apardıq. Önəmli olan qələbə qazanmaqdır. Hər səhv bizə baha başa gələ bilərdi. Bir gün əvvəl məşq də etməmişdik. Bunlar futbolçular üçün çətin olub. Artıq "Sabah"la çempionat görüşünə hazırlaşacağıq. İli qələbə ilə başa vurmaq istəyirik. Zaqatalaya bir gün əvvəl gəlmişik və uzun yol qət etmişik".
 
Hacıyev ilk yarıda əzələsindən xəsarət alan Nikolas Rayselin meydandan çıxmasının oyunlarına təsir etdiyini söyləyib: "Zaqatala"ya uğurlar arzulayıram. Bu komanda Premyer Liqada oynamağa layiqdir. İnanıram ki, bölgələrə futbol həyəcanı yenidən qayıdacaq".






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir