4 avqust 2026. Çərşənbə axşamı

50-ci səfər matçında 18 il sonra gələn darmadağın


50-ci səfər matçında 18 il sonra gələn darmadağın
“Kəpəz” Azərbaycan kubokunda 50-ci səfər oyununu keçirib. Corner.az xəbər verir ki, Gəncə təmsilçisi 1/8 finalda “Sabah”ın qonağı olub. Bakı klubu qərblilərin yubileyində 3:0 hesabı ilə qalib gəlib.
 
“Kəpəz” 50 səfər matçında 24 qələbə qazanıb, 9 heç-heçə edib və 17 dəfə uduzub. 70 qol vuran gəncəlilər 59 top buraxıblar.
 
Yalnız “Neftçi” (74) və “Qarabağ” (67) kubokda daha çox səfər matçı keçirib.
 
Gəncə təmsilçisi həm də Azərbaycan kubokunda üçüncü dəfə böyük hesabla uduzub. Sözügedən komanda “Sabah”la görüşədək yalnız iki dəfə üç və ya daha çox top fərqlə məğlub olmuşdu. Bu qarşılaşmalardan biri evdə, biri səfərdə baş tutub.
 
“Sabah”a 0:3 hesablı məğlubiyyətədək “Kəpəz” 18 il idi səfərdə böyük hesabla uduzmurdu. Bunadək yeganə belə məğlubiyyət 2003/04 mövsümündə qeydə alınıb. Həmin vaxt gəncəlilər Şəmkirdə eyniadlı komandaya 0:5 hesabı ilə yenilib.
 
İlk dəfə üç top fərqi ilə uduzan “Kəpəz”in digər böyük məğlubiyyəti üç il əvvəl “Səbail”lə ev matçına təsadüf edib – 0:4.






Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı