16 mart 2026. Bazar ertəsi

Mövsümün 200-cü qolu


Mövsümün 200-cü qolu

Azərbaycan Premyer Liqasında mövsümün 200-cü qolu vurulub.

Corner.az PFL-ə istinadən xəbər verir ki, bu, 22-ci turun “Sumqayıt” – “Qarabağ” oyununa təsadüf edib.

Qonaqların 6:0 hesabı ilə qalib gəldiyi matçda vurulan sonuncu top mövsümdə 200-cü olub. Yubiley qoluna 84-cü dəqiqədə Abdullah Zubir imza atıb. Vurulan 200 qol 22 turun 86 görüşünə (digər iki oyunda texniki nəticə qeydə alınıb) təsadüf edib. Çempionatda orta məhsuldarlıq 2,33-ə bərabərdir.

Mövsümdə ilk qolu 1-ci turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə 6-cı turda (4:0) onun sabiq komanda yoldaşı Dario Frederiko vurub.

100-cü top 11-ci turun “Qəbələ” – “Qarabağ” görüşündə (1:3) hesabı açan Ceyms Adeniyinin aktivinə yazılıb. 150-ci qol isə 17-ci turun “Neftçi” – “Keşlə” qarşılaşmasında (2:0) hesabı açan Emin Mahmudovun hesabındadır.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi