Azərbaycan Premyer Liqasında 14-cü turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilin son turu iki qarşılaşma ilə başlayıb.
Günün ilk matçında "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Digər görüşdə isə "Sumqayıt" evdə "Keşlə" ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matçda qonaqlar qələbəyə sevinən tərəf olub.
Azərbaycan Premyer Liqası
XIV tur
15 dekabr
“Qəbələ” – “Neftçi” 1:1Qol: R.Utziq, 28 - E.Mahmudov, 39.Matçın 54-cü dəqiqəsində E.Mahmudov penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Sumqayıt” – “Keşlə” 1:3
Qol: C.Xocaniyazov, 84 - P.Azadov, 37. R.Hacıyev, 47. F.Santos, 80-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”