4 avqust 2026. Çərşənbə axşamı

Qış fasiləsində islahatlar olacaq


Qış fasiləsində islahatlar olacaq
"Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
 
“Fasilə ərəfəsində son matçımız bizim üçün çox vacib idi. Çünki fasiləyə son sıralarda getmək istəmirdik. Futbolçular bunu başa düşürdülər. Kubok oyunlarında da, indi də futbolçular çox qaçdılar. Xarakter göstərdik və qələbə qazandıq.
 
Qış fasiləsində heyətdə islahatlar olacaq. Bunu son tura saxlamışdıq. Hələ təlim-məşq toplanışı barədə danışmamışıq. Qarşıdakı 2-3 gündə bilinəcək. Dəyişikliklər olacaq. Bəzi futbolçularla yolları ayırmaq fikrindəyik. Müqaviləsinin müddəti bitən oyunçular da var. Anatole Abanqla bağlı istəmədən qırmızı vərəqə olayları oldu. Onun məvacibi də yüksək idi. Buna görə yollarımız ayrılacaq. Nicat Qurbanov və Con Kamara ilə isə müqavilə pozulacaq".
 
Qurbanov "Neftçi"dən icarəyə götürdükləri Rəhman Hacıyevin “Keşlə" üçün vacib oyunçu olduğunu söyləyib: "Onun komandada qalmasına çalışırıq, buraxmaq istəmirik. Məğlubiyyətlərdən sonra sarsılmışdı. Bunu daxildə həll etmək istəyirdik".






Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı