24 iyun 2026. Çərşənbə

Sabah'dan darmadağın, Qarabağ'dan inamlı qələbə


Sabah'dan darmadağın, Qarabağ'dan inamlı qələbə
Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub. Corner.az xəbər verir ki, 2021-ci ilin son turunun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
Əvvəlcə çempionatın autsayderi “Səbail” doğma meydanda “Sabah”ı qəbul edib və  məğlub olub.
 
Turun və ilin qapanış matçında isə lider “Qarabağ” doğma meydanda əsas rəqiblərindən biri olan “Zirə”ni qəbul edib. Ağdam təmsilçisi bu görüşdə inamlı qələbə qazanıb.
 
Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” - “Neftçi” matçı heç-heçə (1:1) bitib, “Keşlə” səfərdə “Sumqayıt”a 3:1 hesabıyla qalib gəlib.
 
Azərbaycan Premyer Liqası
14-cü tur
16 dekabr
 
“Səbail” – “Sabah” 0:3
Qol: C.L.Mikels, 33. C.Nuriyev, 46. X.Kamara, 90+4.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
Bakı. “ASCO Arena”, 16:30.
 
“Qarabağ” – “Zirə” 2:0
Qol: M.Qurbanlı, 6; 53.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov.
Bakı. “Azərsun Arena”, 19:00.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer