25 oktyabr 2024. Cümə

Bizə yaraşmayan səhvlərdən qol buraxdıq


Bizə yaraşmayan səhvlərdən qol buraxdıq
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının 14-cü turunda "Qarabağ"a qarşı keçirdikləri oyunla (0:2) bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, Sadıqov, media nümayəndələri ilə görüşdə məğlub olduqları matçı belə şərh edib:
 
- Futbolçularımın çıxışından çox razı qaldım. Əzmkar və inamlı oyun oldu. Bizə yaraşmayan səhvlərdən qol buraxdıq. "Ucuz qol"ların acısını çəkdik. Oyunu təhlil edəcəyik. Rəqibdən çəkinmirdik. "Qarabağ" öz meydanında inamlı oynayır.
 
- İstədiyiniz komandanın neçə faizi formalaşıb?
- Faizə bölməyəcəm. İstədiyim komandanı görürəm. Xüsusilə, bu oyunda yaxşı çıxış etdik. Rəqibin təzyiqindən çıxa bildik. Yaxşı hücumlarımız olsa da, dəyərləndirə bilmədik. İstədiyim komandanı görürəm. İki dövrəyə 22 xal toplamışıq. Bu, yaxşı göstəricidir. Son iki oyundur məğlub oluruq. Ötən oyunda məğlubiyyətə layiq deyildik.
 
- Qış transfer pəncərəsiylə bağlı konkret planınız var?
- Geniş heyət istəyirəm. Hücum xəttində problemlərimiz var. İstəyirəm ki, transfer olsun. Ürəyimcə olmayan futbolçunu komandaya götürməyəcəm. Zədələnən Nemanya Andelkoviçin yerinə futbolçu gətirməyi düşünürük. 4 ay bizimlə olmayacaq. Bu mövqeyi gücləndirmək istəyirik. Anatole Abanqın bizə keçidi gözlənilmir. 
 
- Azarkeşlər "Rəşad milliyə" deyə, şüarlar səsləndirirdi.
- Diqqətim oyunda idi, buna fikir vermirdim.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir