4 avqust 2026. Çərşənbə axşamı

Qəbələ Zaur Əzizovun ayrılığını rəsmən açıqladı


Qəbələ Zaur Əzizovun ayrılığını rəsmən açıqladı
"Qəbələ" İdman Klubu baş menecer Zaur Əzizovla yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
 
2008-ci ildən bu vəzifəni tutan futbol funksioneri 13 ildən artıq müddətdə bu komandanın uğurları üçün çalışıb. Əzizov “Qəbələ” ilə birlikdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib, üç dəfə (2013/14, 2016/17, 2017/18) həlledici matçda məğlub olub.
 
Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” iki dəfə (2015/16, 2016/17) ardıcıl 4 mərhələ adlamaqla Avropa Liqasının qrupunadək irəliləyib.
 
"Qəbələ" İdman Klubu Zaur Əzizova əsas komandanın formalaşması, inkişafı və uğurlarındakı xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
 
Qeyd edək ki, Zaur Əzizov bundan sonra “Neftçi”də eyni vəzifəni icra edəcək.






Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı