19 mart 2026. Cümə axşamı

Nurlan İbrahimovun sıralarımıza qayıtmasını istəyirəm


Nurlan İbrahimovun sıralarımıza qayıtmasını istəyirəm

"Nurlan İbrahimovun cəzalanması ilə bağlı fikirlərimi qısa bildirmişdim. Belə hallar heç birimiz - Azərbaycan jurnalistləri və mütəxəssisləri üçün xoş deyil. Hər halda yaxşı tərəfini düşünək. Çox istərdim ki, bu məsələ bitsin, İbrahimov yenidən sıralarımıza qayıtsın".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun sabiq mətbuat katibi Nurlan İbrahimov barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis İbrahimovun hər kəsin tanıdığı və hörmət etdiyi şəxs olduğunu vurğulayıb: "Klub olaraq, Nurlanla münasibətimiz pis deyil. O, hamımızla ünsiyyətdə olur. Məncə, klub heç nəyə "yox" deməz. "Qarabağ" hər zaman onun arxasında olacaq. Eləcə də hamımız".

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı dekabrın 22-də açıqlamalı idi. Lakin bu, daha sonra yanvarın 22-ə təxirə salınıb.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi