21 iyun 2026. Bazar günü

AFFA klubları cərimələdi


AFFA klubları cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Corner.az PFL-in saytına istinadən xəbər verir ki, İK Topaz Premyer Liqanın 22-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Zirə” – “Səbail” matçında  “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Təcili tibbi yardımın nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Sabah” matçının 90+1-ci dəqiqəsində “Sabah” klubunun futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Sumqayıt” – “Qarabağ” matçının 84-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.







Misli Premyer liqa

“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı
“Sabah” Rodriqo Fernandeşi transfer etdi
  • Misli Premyer liqa
  • 12:49 20.06.2026
“Sabah” Rodriqo Fernandeşi transfer etdi