31 yanvar 2026. Şənbə

Keşlə milli üzvünə görə təzminat alıb: Yeni hücumçu axtarırıq


Keşlə milli üzvünə görə təzminat alıb: Yeni hücumçu axtarırıq

"Keşlə" klubu sabiq futbolçusu Franko Floresi yenidən heyətinə qatıb.

Komandanın baş məşqçisi Sənan Qurbanovun verdiyi məlumata görə, paytaxt təmsilçisinə azad agent kimi keçən argentinalı müdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.

41 yaşlı mütəxəssis oyunçunun yanvarın 6-da kollektivə qoşulacağını bildirib.

Qurbanov hazırda komandadan hansısa futbolçunun ayrılmasının gündəmdə olmadığını söyləyib: "Rəhman Hacıyevin bizimlə müqaviləsi var. Hara gedəcək? Mövsümün sonunadək komanda ilə birlikdə olacaq. Ona görə kluba heç bir rəsmi təklif gəlməyib. Hazırda heç bir futbolçu ilə yolları ayırmağı düşünmürük".

Baş məşqçi müdafiəçi Azər Salahlının "Neftçi"yə keçidinə də münasibət bildirib: "Bizim üçün lazımlı futbolçu idi. Amma karyerası üçün önəmli addım atdı. Həm də klubumuz ona görə təzminat aldı. Özü ilə danışdıq, uğurlar arzuladıq. Biz də istəyirik ki, hər bir futbolçumuz böyüsün, yaxşı komandalarda oynasın. Azər də ölkənin ən yaxşı klublarından birinə transfer oldu".

Qurbanov qış fasiləsində "Keşlə" ilə müqaviləsi başa çatan Anatol Abanqın yerinə yeni hücumçu alınacağını istisna etməyib: "Hücum xətti üçün bir oyunçu axtarırıq. Qışda futbolçu tapmaq çətin olur. Bizə təklif olunan hücumçular var. Onlara baxırıq. Əsas odur ki, biz bəyənək. Amma bəyəndiklərimiz də baha olur".

Mütəxəssis Ukraynanın "VPK-Arqo" klubundan ayrılan Azərbaycan millisinin sabiq müdafiəçisi Pavel Paşayevin "Keşlə"yə təklif olunmadığını deyib: "Pis futbolçu deyil, "Qəbələ"də onunla işləmişəm. Ukraynanın yüksək liqasında çıxış edib. Lakin ona təklif göndərməmişik. Gərək, büdcəmizə uyğun hərəkət edək. Bu, tək məndən asılı olan məsələ deyil". (report)







Misli Premyer liqa

"Şamaxı" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 19:02 30.01.2026
"Şamaxı" onunla yollarını ayırıb
“Sumqayıt" və “Qəbələ”dən qələbə
  • Misli Premyer liqa
  • 18:59 30.01.2026
“Sumqayıt" və “Qəbələ”dən qələbə
“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb