9 may 2026. Şənbə

Sumqayıt'ın yeni baş məşqçisi bəlli oldu


Sumqayıt'ın yeni baş məşqçisi bəlli oldu
Aleksey Baqa “Sumqayıt” Futbol Klubunun baş məşqçisi təyin olunub. Corner.az xəbər verir ki, PRO kateqoriyalı 40 yaşlı mütəxəssislə 2.5 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Aleksey Baqa futbolçu karyerası dönəmində BATE (Borisov, Belarus), “Dauqava” (Dauqavpils, Latviya) və “Dinamo” (Brest, Belarus) klublarının şərəfini qoruyub. “BATE” ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi olan (2005/06) Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib. Belə ki, 2011-2018-ci illərdə adıçəkilən klubda köməkçi məşqçi vəzifəsində çalışan 40 yaşlı mütəxəssis 2018-ci ildə baş məşqçi kimi komandanın sükanı arxasına keçib və həmin ildəcə komandanı Belarus çempionu edib. Növbəti mövsümdə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən “BATE” həmin mərhələdə İngiltərə “Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.
 
Bundan başqa, Aleksey Baqa məşqçi karyerasında “Jalgiris” ilə 2020-ci ildə Litva çempionu olub. Qazaxıstanın “Aktobe” (Qazaxıstan) klubunu da çalışdırmış mütəxəssis 2021-ci ildə isə “Şaxtyor” (Soliqorsk) ilə Belarus çempionu adını qazanıb.






Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi