5 avqust 2026. Çərşənbə

Salahlı və İsrafilov gücümüzə güc qatacaq


Salahlı və İsrafilov gücümüzə güc qatacaq

"Hazırlıq prosesində iştirak etməyən futbolçular müxtəlif günlərdə bizə qoşulacaqlar".

Corner.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasına açıqlamasında qış təlim-məşq toplanışına başlamaları barədə danışarkən deyib.

44 yaşlı mütəxəssis 5 gün Bakıda hazırlıq keçəcəklərini, daha sonra Türkiyənin Antalya şəhərinə yollanacaqlarını xatırladıb: "Burada yoldaşlıq matçları keçirəcəyik. Problemlər olmasa, tam heyətlə - əlimizdə olan futbolçularla Antalya toplanışına yollanacağıq.Gənclər daim bizim nəzarətimiz altındadır. Əvəzedici komandanın oyunlarına baxırdıq və onların məşqçilərindən yaxşı rəy almışıq. Bu gün bizimlə birlikdədirlər. Onlara stimul olsun deyə, dəvət etdik. Hər şey özlərindən asılıdır. Biz daim gənclərə yol açırıq. Onları Türkiyə toplanışına da aparmağı düşünürük".

Abasov yeni transferlər Azər Salahlı və Eddi İsrafilovun komandaya faydalı olacaqlarını söyləyib: "Onlar milli komandada tanıdığımız futbolçulardır. Hansı ki, biz 6 ay yerli oyunçularla bağlı problemlər yaşamışdıq. Fikirləşdik ki, komandanı bacardığımız qədər yerli oyunçularla gücləndirək. Buna da nail olduq. Azər Salahlıda zədə ilə bağlı müəyyən problem var. Bu, bir həftəyə həllini tapacaq. Hazırda fərdi məşqlərlə kifayətlənir. Hər ikisi təcrübəli futbolçulardır. Düşürəm ki, bu transferlər problemlərimizi aradan qaldırmaqda bir az köməklik edəcək".

Təcrübəli baş məşqçi mövsümün ikinci yarısında əllərindən gələni edəcəkləri sözlərini də əlavə edib: "Bizim üçün heç nə itməyib. Çempionata yaxşı hazırlaşmalıyıq. Keçən il transferlərimizdə bir az gecikmələr oldu və problemlər yaşadıq. Bunun acı nəticəsini çempionatda yaşadıq. Oyunçular istəmədən zədələnirdi və uyğunlaşma prosesini keçmədiyi üçün istədiyimiz formada deyildi. Qış toplanışı bu baxımdan bizə kömək olacaq".







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı