4 avqust 2026. Çərşənbə axşamı

Neftçi'də rəqabət artacaq


Neftçi'də rəqabət artacaq

"Komandada əhval-ruhiyyə yaxşıdır".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov bu gün start götürən təlim-məşq toplanışı barədə klubun televiziyasına açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi heyətlə bağlı bəzi problemlər yaşadıqlarını bildirib: "Məşq prosesində hamı iştirak edə bilmir. Bununla belə, ciddi hazırlaşırıq. İstəyirik ki, 3-4-cü dövrələrdə daha yaxşı oynayaq".

Mahmudov Eddi İsrafilov və Azər Salahlının "Neftçi"yə keçidinə toxunub: "Bizə yerli oyunçular lazım idi. Çünki komandada ancaq gənc futbolçular idi. Hər ikisini yaxşı tanıyıram. Bundan sonra rəqabət artacaq. İnanıram ki, bizə xeyir verəcəklər".

Təcrübəli futbolçu gənc futbolçuların əsas komanda ilə məşq etmələrinə də münasibət bildirib: "Onların bizimlə hazırlaşmaları hər zaman xoşdur. Əsas komandadakı ab-havanı hiss etməlidirlər. Ümid edirəm ki, bizə xeyir verəcəklər".







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı