4 avqust 2026. Çərşənbə axşamı

Yeni baş məşqçidən gözləntilərimiz çoxdur


Yeni baş məşqçidən gözləntilərimiz çoxdur

"Böyük layihəmiz var. Yeni baş məşqçidən gözləntilərimiz çoxdur. Ona uğurlar arzu edirəm".

Corner.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın prezidenti Riad Rəfiyev komandanın yeni baş məşqçisi Aleksey Baqanın təqdimatı ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

Funksioner yeni baş məşqçidən çempionatda bacardığımız qədər irəliləməyi, ölkə kubokunu da qazanmaq istədiyini bildirib : "Mövsümün yarısı geridə qalıb, hazırda 7-ci sıradayıq. İlk "4-lük"lə xal fərqimiz az deyil. Bu mövsüm avrokuboklara vəsiqə qazanmaq hədəfi qoymaq düzgün olmaz. Məqsədimiz yaxşı komanda yaratmaq və gənclərə üstünlük verməkdir. Yaxşı materialımız var. Düzdür, hazırkı mövqeyimizlə razılaşmayacağıq. Kubokda da mübarizəni davam etdiririk. Çempionatda bacardığımız qədər irəliləmək, ölkə kubokunu da qazanmaq istəyirik. Gələn mövsümdən əsl "Sumqayıt"ı görəcəksiniz".

Qeyd edək ki, "Sumqayıt" Aleksey baqa ilə 2,5 illik müqavilə bağlayıb.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı