- Misli Premyer liqa
- 18:30 08.12.2025
"Burada olmaqdan məmnunam. Yeni çağırışlara hazıram. İsti münasibətə görə təşəkkür edirəm".
Corner.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa mətbuat konfransında təyinatı ilə bağlı danışarkən deyib.
"Şəxsi tanışlıq və üzbəüz münasibətlərin yerini heç nə vermir. Amma klub haqqında bütün məlumatlara sahibəm.Taktiki düzülüşlər barədə çox danışmaq olar. Amma bu, hər oyunda dəyişə bilər. Bunadək 2 mərkəz müdafiəçisi ilə oynamağa üstünlük vermişəm. Bu, hər zaman bizə uğur qazandırıb. Düşünürəm ki, burada da eyni sistemdən istifadə edəcəyik.Komanda artıq bu futbolçularla uğurlar qazanıb. Mənim özümə də yerlilərlə işləmək maraqlı olacaq. Düzdür, bütün klublarda legionerlər çıxış edir. Amma mən BATE-də yerli gənclərlə bir neçə il Çempionlar Liqasında çıxış etmişəm. Bunun sayəsində şəhərin də prestiji qalxır.Klub rəhbərliyi ilə aramızda fikir ayrılıqları yarandı. "Sumqayıt"dan nə zaman təklif gəldiyini deyə bilmərəm. Amma artıq "Şaxtyor"da qalmaq istəmədiyim üçün ölkə xaricinə getmək istəyirdim. Bəzi komandalarda kənar müdaxilələr olur. Bu gün burada əyləşmişəmsə, deməli, ortaq maraqlarımız və baxışlarımız var.Komandada yaxşı futbolçular var. Klubun maddi-texnii bazası da qənaətbəxşdir. Söz vermək düzgün olmaz. Amma futbolçular maksimum dərəcədə öz peşəkarlıqlarını ortaya qoyacaqlar. Bu da mövsümün sonunda bizə uğur qazandıracaq.Futbol elə sahədir ki, burada şayiələr çox olur. Hazırda heç bir başqa təklif məni maraqlandırmır. Bütün düşüncələrim "Sumqayıt"la bağlıdır. Bura gələndən özümə qarşı böyük diqqət sezilir.Yerli klubları analiz etmişik. "Qarabağ"ı çıxsaq, digər klubların bərabərsəviyyəli olduğunu görürük. Komandaların heyətində maraqlı oyunçular var. Rusiyalı mütəxəssis Murad Musayev "Sabah"da çalışır. Qazaxıstanda süni örtüklü stadionlarda oynayırdıq və bu da matçın baxımlılığını azaldırdı. Azərbaycanda bu sarıdan problem olmayacağını düşünürəm.Hər şey yaxşı olacaq. Amma bilmirəm kimin xeyrinə (gülür)".
Qeyd edək ki, "Sumqayıt" Aleksey baqa ilə 2,5 illik müqavilə bağlayıb.