4 avqust 2026. Çərşənbə axşamı

Buqrinin gedişi Neftçi üçün xoş deyil


Buqrinin gedişi Neftçi üçün xoş deyil

"Qış tətilinə gedəndə futbolçulara proqram vermişdik. Demək olar ki, futbolçular tətilə çıxmayıb. Formalarını qoruyub saxlayıblar. Yalnız Yusuf Laval bir qədər xəstələnmişdi".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlər üçün təşkil olunmuş brifinqdə deyib.

44 yaşlı mütəxəssis Mamadu Kanenin hələlik komandada qalacağını bildirib: "Olimpiakosdan onun mövsümün sonunadək bizdə qalmasını istəmişik. Sabir Buqrin hazırda Tunisdədir və yeni klubu ilə danışıqları davam etdirir. Görünən odur ki, bizimlə olmayacaq".

Təcrübəli mütəxəssis  belçikalı futbolçunun gedişinə təəssüfləndikləri sözlərini də əlavə edib: "Onun getməsini mən və klub istəmirdi. Buqrinin komandadan ayrılması bizim üçün xoş deyil. Onunla danışdıq, bütün fikri getmək idi. Oyunçu bu fikirdədirsə, klub olaraq transferdən qazanc əldə etməyi düşünürük"

Baş məşqçi Harramiz Soareslə də yollarını ayırmaq istədiklərini vurğulayıb: "Onu ya icarəyə verməyi, ya da danışaraq, müqaviləsini pozmağı düşünürük".







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı