25 oktyabr 2024. Cümə

Həm Neftçi'yə, həm də milliyə kömək etmək istəyirəm


Həm Neftçi'yə, həm də milliyə kömək etmək istəyirəm
“Neftçi”nin yeni transferi Eddi İsrafilov paytaxt klubuna transferindən danışıb. Corner.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi, bu gün jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
“Azərbaycana qayıtmağıma, bu cür komandanın şərəfini qorumağıma şadam. Bu gözəl layihənin bir parçası olmaq üçün səbirsizlənirəm. Qarşıda bizi təlim-məşq toplanışı gözləyir. Bundan sonra keçirəcəyimiz ilk rəsmi oyuna 100 faiz hazır olacağam".
 
Təcrübəli oyunçu Azərbaycan dilini bilmədiyini etiraf edib: "Burada yaşadığım müddətdə əsas məqsədlərimdən biri bu dili öyrənmək, daha da mükəmməlləşdirmək olacaq. Anam 3-4 yaşımadək mənimlə rus dilində danışıb. Ona görə rus dilini bir az bilirəm. Amma çox istifadə etmədiyimə görə artıq unuduram".
 
O, "Neftçi"yə keçməmişdən öncə başqa təkliflərinin olduğunu da diqqətə çatdırıb: "Amma mən bu barədə danışmaq istəmirəm. Hazırda "Neftçi"nin futbolçusuyam və burada olduğum üçün xoşbəxtəm".
 
İsrafilov Azərbaycana ailəsi ilə birlikdə gəldiyini vurğulayıb: "Qızım yenicə dünyaya göz açıb. Bakıya ailəm, hətta balaca itim var, o da gəlib. Hamımız burada xoşbəxt yaşayacağıq".
 
Futbolçu "Neftçi"dən gələn təklifə anası İradə İsrafilovanın da çox sevindiyini əlavə edib: "Bunlar şəxsi məsələlərdir, ona görə də çox danışmaq istəmirəm".
 
İsrafilov Azərbaycan millisində mükafat davası etdiyinə dair xəbərlərə də aydınlıq gətirib. 30 yaşlı yarımmüdafiəçi belə bir halın baş vermədiyini bildirib:
 
“Jurnalistlər bizimlə paltardəyişmə otağında olmurlar, meydana çıxmırlar. Bu barədə məlumat almaq istəyirsinizsə, komanda yoldaşlarımızdan, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdan, hətta millinin baş məşqçisindən soruşa bilərsiniz".
 
İsrafilov qarşıda duran əsas vəzifələrindən birinin yığmaya yenidən qayıtmaq olduğunu söyləyib: "Son vaxtlar milli komandanın oyunlarında iştirak etməsəm də, baş məşqçi mənimlə müntəzəm əlaqə saxlayırdı, danışıqlarımız olurdu. Tezliklə öz formamı bərpa edib həm "Neftçi"yə, həm də Azərbaycan millisinə kömək etmək istəyirəm. Yığmaya qayıtmaq üçün əlimdən gələni edəcəyəm".






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir