9 may 2026. Şənbə

... milliyə gəlmək istəmirdim - Eddi İsrafilov


... milliyə gəlmək istəmirdim - Eddi İsrafilov
"Neftçi”nin yeni transferi Eddi İsrafilov klubun rəsmi televiziyasına müsahibə verib. Corner.az xəbər verir ki, o, uzun müddətdir futbol oynamasa da, İspaniya “Luqo”sunda hazırlıq keçdiyini və bu üzdən fiziki hazırlığının qaydasında olduğunu diqqətə çatdırıb:
 
“Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Əslində “Luqo” ilə müqavilə imzalamalıydım. Amma "Neftçi" ilə yaradılan əlaqədən sonra bu komandaya keçmək qərarına gəldim. Hesab edirəm ki, bu, gələcək karyeram üçün yaxşı seçimdir. Burada əsas məqədim bütün oyunlarda özümü yaxşı tərəfdən göstərmək və bacardığım qədər çox titul qazanmaqdır”.
 
Təcrübəli yarımmüdafiəçi yenidən Azərbaycan milli komandasında oynamaq istədiyini gizlətməyib: “Son 6 ayda baş məşqçi məni bir neçə dəfə yığmaya dəvət edib. Amma klubsuz olduğum üçün özümü tam hazır hiss etmədiyimdən milliyə getməməyə qərar verdim. Lakin hazırda "Neftçi"dəyəm və inanıram ki, buradakı oyunumla yenidən yığmada çıxış edəcəyəm”.
 
İsrafilov insanlardan dəstək gözlədiyini etiraf edib: "Ağ-qara rənglərə görə əlimdən gələnin ən yaxşısını edəcəyəm. Çox gözəl şəhərdəyəm. Anam azərbaycanlıdır. 4-5 il il bu ölkədə yaşamışam, burada böyümüşəm”.
 
Xatırladaq ki, Eddi İsrafilov “Neftçi” ilə 2.5 illik müqavilə imzalayıb.






Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi