8 dekabr 2025. Bazar ertəsi

Qarabağ'ın legioneri sabiq klubuna yardım edir


Qarabağ'ın legioneri sabiq klubuna yardım edir

"Qarabağ"ın futbolçusu Filip Ozobiç sabiq klubu "Mladost Jdralovi" klubuna yardım edir.

Corner.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu barədə "Sportske.jutarnji" nəşrinə müsahibəsində bildirib.

Xorvatiyalı futbolçu bunun klub üçün yaxşı şəraitə sahib olmaqları üçün etdiyini bildirib: "Rəhbər Renato Radiç və məşqçi Daniel Lovriçin etdikləri belə kiçik yer üçün böyük işdir. Gələcək nəsillərə qalacaq stadion tikirlər. Onlar məndən daha yaxşı şəraitə sahib olacaqlar".

Ozobiç keçmiş komandasının 2-ci liqada çıxış etmək ehtimalından da danışıb: "Ümid edirəm ki, bu çempionatda oynayarlar. Sadəcə, vaxt məsələsidir. Belovar şəhəri mərkəzdir. onun ambisiyaları var və irəli getmək istəyir".







Misli Premyer liqa

"Sabah” “Neftçi”yə qalib gəldi
  • Misli Premyer liqa
  • 23:06 08.12.2025
"Sabah” “Neftçi”yə qalib gəldi
Məhsuldarlıq antirekordu
  • Misli Premyer liqa
  • 10:57 05.12.2025
Məhsuldarlıq antirekordu