25 oktyabr 2024. Cümə

Heç bir klubdan təklif almamışam - Neftçi'nin hücumçusu


Heç bir klubdan təklif almamışam - Neftçi'nin hücumçusu

"Hər şey yaxşıdır, komandada gözəl əhval-ruhiyyə var".

Corner.az xəbər verir ki, bunu "Report"a açıqamasında "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı barədə danışarkən deyib.

27 yaşlı hücumçu məşqlərin yaxşı keçdiyini bildirib: "Oyunlara hazırlıq yüksək səviyyədə gedir. Bilirsiniz ki, ilk yoxlama matçımızı Macarıstanın "Kişvarda" klubuna qarşı keçirdik. Hazırlıq görüşü olsa belə, qələbə qazanmaq istəyirdik. Nəticəyə baxmayaraq, komanda kimi yaxşı oynadığımızı düşünürəm".

Təcrübəli forvard öz hazırlıq səviyyəsinə də toxunub: "Bundan əvvəlki təlim-məşq toplanışlarını normal keçə bilməmişdim. Zədələr imkan verməmişdi. Bu toplanışda isə hər şey mənim üçün normal gedir. Fiziki durumumu yaxşı dəyərləndirirəm. Toplanışın bitməsinə hələ var. O vaxtadək hazır olacağımı, kubok vəçempionat oyunlarına optimal formada çıxacağımı düşünürəm.

Abbasov "Neftçi"nin əsas heyətində möhkəmlənə bilməməsinin səbəbini də açıqlayıb. Futbolçu bunu ideal formada olmaması ilə izah edib: "Mənim işim əvvəlki formamı bərpa edib şansımı gözləməkdir. Hazırda da məhz bununla məşğulam. Futbolda ən əsas amil oyun praktikasıdır. Lazimi qədər oynasam, əvvəlki formamı qaytarmağım çox çəkməz. Heç vaxt sağlam rəqabətdən çəkinməmişəm".

Abbasov "Sumqayıt" və Türkiyənin "Bursaspor" klublarının maraq dairəsində olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Mən özüm də bu cür məlumatları saytlardan oxumuşam. Amma elaqe saxlayan və ya təklif göndərən olmayıb".







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir