25 oktyabr 2024. Cümə

Futbolçuların yanaşması məni qane edir


Futbolçuların yanaşması məni qane edir
Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində baş tutan “Qəbələ” – “Zaqlembe” (Polşa) oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev görüş barədə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, 42 yaşlı mütəxəssis matçı belə şərh edib:
 
“Ümumilikdə oyundan razı qaldım. İstədiyimiz o idi ki, komanda oyun yükünü hiss etsin. Toplanışda ilk oyunumuz idi. Bilirdik ki, bir az ağır olacaq. Futbolçuların yanaşması məni qane edir. İnanıram ki, gündən-günə xətlərarası əlaqəni daha da yaxşılaşdıracaq və optimal formaya qayıdacağıq. Məqsəd İsayev zədəli olduğu, Murad Musayevin hərarəti qalxdığı üçün heyətdə dəyişikliyə getdik. Ümumi prosesdən razıyam. Nəticədən asılı olmayaraq, komanda mənim istədiyimi verdi. Mövsüm ərzində də Emil Səfərov və Hüseyn Mürsəlovu ilk “11-lik”də görmüşük. İnanıram ki, bu toplanışdan sonra daha bir neçə gənc bizimlə davam edəcək. Ürfan Abbasovun zədələnməsi bizi narahat edir. Ümidliyik ki, o, bunu adlaya biləcək. Patrik Robsonla müqavilə imzalamışıq. Təəssüf ki, koronavirusa yoluxduğu üçün komandaya qoşulmayıb. Onlar qoşulandan sonra heyətimiz bir az da geniş olacaq. İnanıram ki, komanda meydanda daha yaxşısını edəcək”.
 
Antalyada daha iki yoxlama matçına çıxacaq “Qəbələ” yanvarın 21-də Şimali Makedoniya təmsilçisi “Boreç”lə, 24-də Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir