24 iyun 2026. Çərşənbə

Yenidən Neftçi ilə eyni meydanı bölüşmək əla hissdir


Yenidən Neftçi ilə eyni meydanı bölüşmək əla hissdir
Polşanın “Visla” (Plotsk) komandasının müdafiəçisi Anton Krivotsyuk Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, millimizin də üzvü olan futbolçu sabiq komandası ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra “ağ-qaralar”ın rəsmi telekanalına açıqlamasında bunları söyləyib:
 
“Keçmiş komanda yoldaşlarımla görüşmək və eyni meydanı bölüşmək əla hissdir. Görüş ağır keçdi. "Neftçi"də toplanışın intensivliyi aşağıya doğru gedir. Biz isə bura dünən gəlmişik və 2 ağır məşqimiz olub. Rəqibin bizdən daha yaxşı olduğu meydanda da görünürdü".
 
24 yaşlı oyunçu Belçika klublarının maraq dairəsində olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Məndə bu cür məlumat yoxdur. İlk dəfədir eşidirəm".
 
Krivotsyuk Polşa "Legiya"sından ayrılmaq istəyən Mahir Emrelinin durumu haqqında isə danışmaq istəməyib: "Mahirin özünə sual versəniz, daha yaxşı olar".
 
Xatırladaq ki, Anton Krivotsyuk Plotsk "Visla"sına ötən yay "Neftçi"dən keçib. O, bu gün Antalyada baş tutan matçın ikinci hissəsində meydana buraxılıb.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer