3 avqust 2026. Bazar ertəsi

Oyun gözləniləndən də yaxşı alındı - Rəşad Sadıqov


Oyun gözləniləndən də yaxşı alındı - Rəşad Sadıqov
"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün Türkiyənin Antalya şəhərində Polşanın “Qurnik” (Lençna) komandasına qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçı belə şərh edib:
 
“Maksimum çalışırdıq ki, sürətli oyun getsin. Oyunumuzun keyfiyyətini artırmaq istəyiriksə, sürət şərtdir. Antalyaya gələndə qarşımıza qoyduğumuz tapşırıqlardan biri bu idi. Futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, hərəkətli, dinamik idilər. Oyun gözləniləndən də yaxşı alındı. İkinci matçımız idi. Mümkün deyil ki, komanda, futbolçular ideal formada olsun. Əllərindən gələni etdilər ki, planlaşdırdıqlarımızı meydanda yerinə yetirsinlər”. 






Misli Premyer liqa

"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı