7 may 2026. Cümə axşamı

Essien: "Mənim üçün əsas məsələ futbolçuların meydanda özlərini necə göstərmələridir"


Essien: "Mənim üçün əsas məsələ futbolçuların meydanda özlərini necə göstərmələridir"

"Mənim üçün əsas məsələ futbolçuların meydanda özlərini necə göstərmələridir. Sizdən hansı formada oynamağı xahiş etsələr, çox yaxşı oyunçu kimi onu yerinə yetirməyə çalışmalısınız. Baş məşqçi komandanın "boss"udur və bütün oyunçular onu eşitməli, tapşırıqlarını klubun uğuru naminə yerinə yetirməlidirlər".

Corner.az-ın məlumatına görə, bunu hazırda "Səbail"də çıxış edən futbolçu M.Essien keçmiş klubu "Chelsea"nin İngiltərə Premyer Liqasındakı çıxışı barədə "goal.com"a danışarkən deyib. Qanalı yarımmüdafiəçi bildirib ki, "zadəganlar"ın qeyri-sabit çıxışı ilə əlaqədar məsuliyyəti məhz oyunçular öz üzərlərinə götürməlidirlər.

Maurizio Sarri "Chelsea"yə baş məşqçi təyin olunduqdan sonra NGolo Kante dayaq yarımmüdafiəçisi mövqeyindən irəli çəkilərək, əsas yarımmüdafiəçiyə çevrilib. Əvəzində italiyalı mütəxəssisin keçmiş komandası "Napoli"dən gətirdiyi Jorginho fransalı futbolçunun yerinə çəkilib. Bu qərar Kantenin hətta sabiq komandası "Leicester City"də də müdafiəyə meylli yarımmüdafiəçi mövqeyində daha faydalı olduğunu düşənənlər tərəfindən birmənalı qarşılanmayıb.

Lakin Essien tənqidlərə qoşulmaqdan imtina edib. O, baş məşqçinin qərarına hörmətlə yanaşılmasında israrlı olduğunu vurğulayıb: "Bu, Sarrinin səlahiyyətindədir və başqalarının nə düşünmələrinin önəmi yoxdur. Baş məşqçinin öz oyun üslubu var. O, oyunçuları hər gün məşqdə görür, güclü və zəif tərəflərini bilir. Sarri qərara alsa ki, bir oyunçu burada, digəri başqa mövqedə oynamalıdır, o zaman heç kim heç nə edə bilməz. Biz yalnız "Chelsea" fanatı kimi komandanı harada oynamasından asılı olmayaraq, dəstəkləyə bilərik.

Qeyd edək ki, "Chelsea"də 2005 - 2014-cü illərdə forma geyinmiş M.Essien "Səbail" klubu ilə martın 16-da 1,5 illik müqavilə bağlayıb. 







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi