19 avqust 2026. Çərşənbə

AFFA “Neftçi”ni cəzalandırıb


AFFA “Neftçi”ni cəzalandırıb

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Corner.az-ın məlumatına görə, yığıncaqda Topaz  Premyer Liqasının XXIII turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.

“Neftçi” – “Zirə” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub.

Oyunun 90-cı dəqiqəsində “Zirə”nin oyunçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubunu 200 manat cəriməyə məruz qoyub.

Qarşılaşma başa çatdıqdan sonra qonaqların ehtiyat qapıçısı Orxan Sadıqlı rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə aldığına görə 3 oyunluq cəzalanıb,  komandası 1600 manat cərimələnib.

Matçın ikinci hissəsi “Neftçi”nin səhlənkarlığı ucbatından 6 dəqiqə gec başlayıb. Bu üzdən klub 2400 manat ödəməli olacaq. Görüş başa çatdıqdan sonra “ağ-qaralar”ın mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbardarlıq edilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq olunacaq.







Misli Premyer liqa

“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:17 17.08.2026
“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi