6 noyabr 2026. Cümə

Adı Olimpiakos'la hallanırdı, Səbail'də qaldı


Adı Olimpiakos'la hallanırdı, Səbail'də qaldı

"Səbail" futbolçusu Turan Manafovla yeni müqavilə imzalayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisi ilə sözləşmənin müddəti 1 il uzadılıb.

Daha əvvəl Manafovun Yunanıstanın "Olimpiakos Volos" klubu ilə anlaşdığı və tezliklə müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edir. 2-ci liqada mübarizə aparan "Olimpiakos Volos" 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.







Misli Premyer liqa