6 noyabr 2026. Cümə

Səbail'dən inamlı qələbə


Səbail'dən inamlı qələbə
Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Səbail” bu gün növbəti yoxlama matçına çıxıb. Corner.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv Birinci Divizion təmsilçisi MOİK-lə qarşılaşıb.
 
Dörd qolun vurulduğu matçda “dənizçilər” inamlı qələbə qazanıb. “Səbail”in qollarını Cavid Tağıyev (19-cu dəqiqə), Ruslan Hacıyev (28) və Camal Araqo (58) vurub.
 
“Səbail” bundan əvvəl daha iki yoxlama oyununda qüvvəsini sınamışdı. “Qarabağ”ın əvəzediciləri ilə heç-heçə (0:0) oynayan “dənizçilər”, “Keşlə”yə məğlub olmuşdular – 0:2.






Misli Premyer liqa