3 avqust 2026. Bazar ertəsi

Qəbələ Şimali Makedoniya klubuna qalib gəldi


Qəbələ Şimali Makedoniya klubuna qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün Antalyadakı hazırlıq çərçivəsində ikinci yoxlama matçına çıxıb. Corner.az xəbər verir ki, Elmar Baxşıyevin çalışdırdığı kollektiv bu dəfə Şimali Makedoniya təmsilçisi “Boreç”lə üz-üzə gəlib.

 “İC Santai” Futbol Mərkəzində baş tutan matç rəqibin heyətində futbolçu sayı az olduğundan 70 dəqiqə oynanılıb. Görüşün hər hissəsi 35 dəqiqədən ibarət olub.

 “Qırmızı-qaralar” bu görüşdə minimal hesablı qələbə qazanıb. Yeganə qolu 11-ci dəqiqədə Omar Hani vurub.

Xatırladaq ki, “Qəbələ” qardaş ölkədəki ilk hazırlıq matçında Polşanın “Zaqlembe” komandasına 1:2 hesabıyla məğlub olmuşdu.

Yoxlama oyunu
21 yanvar

Qəbələ – Boreç 1:0
Qol: Omar Hani, 11.







Misli Premyer liqa

"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı