6 noyabr 2026. Cümə

Neftçi'nin sonuncu rəqibi bəlli oldu


Neftçi'nin sonuncu rəqibi bəlli oldu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin sonuncu sınaq matçındakı rəqibi müəyyənləşib. Corner.az xəbər verir ki, paytaxt təmsilçisi Polşanın “Qurnik” (Lençna) komandası ilə qarşılaşacaq.
 
Yanvarın 24-də “Emirhan Sports Complex Side”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək. Oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
 
Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan “Neftçi” qardaş ölkədə iki yoxlama oyunu keçirib. “Ağ-qaralar” yanvarın 14-də Macarıstanın “Kişvarda” (2:2), 19-da isə Polşanın “Visla Plosk” (1:1) klubları ilə qarşılaşıb.






Misli Premyer liqa