6 noyabr 2026. Cümə

Sumqayıt sonuncu yoxlama oyununda uduzdu


Sumqayıt sonuncu yoxlama oyununda uduzdu

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" sonuncu yoxlama oyununa çıxıb.

Corner.az-ın məlumatına görə, Aleksey Baqanın çalışdırdığı kollektiv Şimali Makedoniyanın "Şkupi" komandası ilə üz-üzə gəlib.

Görüş"Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi əvvəlki görüşlərdə Almaniyanın "Berliner AK" komandasına 2:5 hesabı ilə uduzub, Polşa "Yagelloniya"sı ilə isə qolsuz heç-heçə edib.







Misli Premyer liqa