9 avqust 2026. Bazar günü

Keşlə sabah daha bir yoxlama oyunu keçirəcək


Keşlə sabah daha bir yoxlama oyunu keçirəcək
Mövsümün qalan hissəsinə Bakıda hazırlaşan “Keşlə” sabah təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Corner.az xəbər verir ki, Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv Birinci Divizion təmsilçisi “Kəpəz”lə qarşılaşacaq.
 
Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçisi ilə oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq. Oyuna saat 15:30-da start veriləcək.
 
Xatırladaq ki, “Keşlə” bu gün saat 15:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Səbail”lə də görüşəcək. Bu komandaların ötən həftə “Dalğa Arena”dakı qarşılaşması “Keşlə”nin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı