3 avqust 2026. Bazar ertəsi

Bu, yaxşı fürsətdir - Neftçi'nin yeni transferi


Bu, yaxşı fürsətdir - Neftçi'nin yeni transferi

"Sabiq klubum "Riqa"ya qısa əməkdaşlığa görə təşəkkür edirəm".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni transferi İvan Brkiç "vecernji.hr" saytına açıqlamasında deyib.

"Ağ-qaralar"la 1,5 illik müqavilə imzalamış 26 yaşlı qapıçı hazırda yeni komandası ilə Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olduğunu xatırladıb: "Burada həm də komanda yoldaşlarım və klub rəhbərliyi ilə tanış oluram. Azərbaycanın ən titullu klubuna keçidimi mövsümün davamında həqiqi dəyərimi göstərmək və özümü sübut etmək üçün yaxşı fürsət hesab edirəm. Bu amil məni komandama daha yaxşı uyğunlaşdıra bilər. Əla müqavilə imzaladığımı düşünürəm".

Xorvatiyalı  qolkiper mövsümün ikinci yarısına "Sabah"a qarşı Azərbaycan Kubokunun 1/4 final matçında uğur qazanmaq üçün mübarizə aparacaqlarını bildirib: "Bizi cəmi iki həftə sonra sonra "Riyeka"nın keçmiş futbolçusu Marko Veşoviçin də yer aldığı və hazırda liqanın ən yaxşı komandası olan "Qarabağ"la derbi gözləyir. Keçən ilki titulu qorumaq və kubokda uğur qazanmaq üçün mübarizə aparacağıq".







Misli Premyer liqa

"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı