11 may 2026. Bazar ertəsi

Qəbələ Çexiya klubuna uduzdu


Qəbələ Çexiya klubuna uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Çexiyanın “Bohemians” komandası ilə qarşılaşıb.

Antalyadakı “İC Santai” Futbol Mərkəzində baş tutan qarşılaşma Azərbaycan klubu üçün uğursuz alınıb. Belə ki, dörd qolun qeydə alındığı matçda qəbələlilər məğlubiyyətlə üzləşib. Əyalət təmsilçisinin heyətində yeganə qolu 75-ci dəqiqədə penaltidən dəqiq yararlanan İsnik Alimi vurub.

Xatırladaq ki, “Qəbələ” bundan öncəki iki yoxlama oyununda Polşa “Zaqlembe”sinə 1:2 hesabıyla uduzub, Şimali Makedoniya “Boreç”inə 1:0 hesabıyla qalib gəlmişdi.

Yoxlama oyunu
24 yanvar

Qəbələ – Bohemians 1:3







Misli Premyer liqa

“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 18:01 09.05.2026
Premyer Liqada 200-cü oyun
“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi