24 iyun 2026. Çərşənbə

Neftçi Antalydakı son oyunundan qalib ayrıldı


Neftçi Antalydakı son oyunundan qalib ayrıldı
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, “ağ-qaralar” Polşanın “Qurnik” komandası ilə üz-üzə gəlib.
 
Bu oyuna Bakı vaxtı ilə saat 16:00-da start verilməli olsa da matç əvvəlcədən nəzərdə tutulduğu vaxtda başlamayıb. Buna səbəb matça təyin olunan hakimlər briqadasının gecikməsi olub. Beləcə görüş 22 dəqiqə gec başlamalı olub
 
Qarşılaşma isə “Neftçi”nin minimal hesablı qələbəsiylə başa çatıb. 
 
Bu görüşdə Bakı təmsilçisinin müdafiəçisi Huqo Basto zədələnib. O, çiynindən xəsarət alıb. İlk hissədə zədələnən 29 yaşlı oyunçu fasilədə Mərt Çəliklə əvəzlənib.
 
Xatırladaq ki, “Neftçi” Antalyadakı ilk matçında Macarıstan “Kişvarda”sı ilə 2:2, ardından Polşanın “Visla” (Plotsk) komandası ilə isə 1:1 hesablı heç-heçə edib.
 
Yoxlama oyunu
24 yanvar
 
Neftçi – Qurnik 1:0
Qol: Emin Mahmudov, 53.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer