6 noyabr 2026. Cümə

Keşlə legioneri ilə yollarını ayırdı


Keşlə legioneri ilə yollarını ayırdı
"Keşlə” müdafiəçisi Miyuşko Boyoviçlə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda, klub rəhbərliyi ilə futbolçu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi vurğulanıb.
 
Paytaxt klubu futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.
 
33 yaşlı monteneqrolu futbolçu 2019-cu ildən “Keşlə”nin uğurları üçün çalışırdı.






Misli Premyer liqa