25 oktyabr 2024. Cümə

Futbolçuların hamısı hazır deyil - Samir Abbasov


Futbolçuların hamısı hazır deyil - Samir Abbasov
"Təlim-məşq toplanışının müsbət və mənfi tərəfləri oldu". Corner.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.
 
 44 yaşlı mütəxəssis Türkiyənin Antalya bölgəsində Polşa "Qurnik"ə (Leçna) 1:0 hesabı ilə qalib gəldikləri son yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına açıqlama verib:
 
 "Uşaqları işləməsi, meydandakı hərəkətləri bizi qane etdi. Kənardan bəziləri üçün görünməsə də, komandamızda inkişaf var. Bu gün sistemi dəyişib ona uyğunlaşmaq asan deyil. Təcrübəli futbolçularımız çox olsa da, hər sistemin öz tələbi var. Azər Salahlını orta xəttə "çəkmək"də məqsədim onu o mövqedə yoxlamaq deyildi. Voislav Stankoviçə istirahət vermək istəyirdik. Eddi İsrafilovun komandaya daha yaxşı adaptasiya olması üçün ona hər 3 görüşdə şans verdim".
 
Abasov təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurmalarına da toxunub: "Futbolçular buna görə sevinclidir. Amma indi bu amilə çox da fikir vermirik. Oyunçuların hamısı hazır deyil. Məsələn, Tyaqo Bezerra, Ramon Maçado və Sezar Meza Kolli komanda ilə az məşq edib. Ümumi götürsək, fiziki durumumuz yaxşıdır".
 
Baş məşqçi toplanışda iştirak edən gənc futbolçular haqqında çox danışmaq istəmədiyini söyləyib: "Meydanda özlərini aparmalarından razı qaldım. Çox sərbəst və rahat idilər. Düzdür, təcrübəlilərin də onlara köməyi dəydi. Bu, böyük üstünlükdür. Amma çatışmazlıqları da çoxdur".
 
Abasov baxışda olan panamalı hücumçu Ansoni Alexandro Frias Qonsaleslə bağlı qərarı klub rəhbərliyinin verəcəyini vurğulayıb: "Bunlar layihə oyunçuları hesab olunurlar. Onun haqqında çox danışa bilmərəm, çünki qərarı rəhbərlik verəcək. Toplanışın ən yaxşı tərəfi odur ki, bu cür futbolçular bir-birinə tez uyğunlaşırlar. İnanırıq ki, yaxşı olacaq və Bakıya da bu ümidlə qayıdırıq".
 
Təcrübəli mütəxəssis mövsümün ikinci yarısında çempionluq uğrunda sonadək mübarizə aparacaqlarını istisna etməyib: "Hər zaman düzünü deməyə çalışmışam. "Qarabağ" kimi komanda ilə aramızdakı 11 xal çox böyük fərqdir. Amma heç vaxt əlimizi yanımıza salmayacağıq. Son oyunadək vuruşacağıq".






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir