31 yanvar 2026. Şənbə

Çatışmayan cəhətlər var - Elmar Baxşıyev


Çatışmayan cəhətlər var - Elmar Baxşıyev
"Düşündüyümüz o idi ki, komanda yüklənmə altında oynasın". Corner.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Çexiyanın "Bohemians" komandasına 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
 
42 yaşlı mütəxəssis ikinci oyundakı yüklənmədən sonra çətin oyun gözlədiklərini bildirib: "Belə çətin oyun olacağını gözləyirdik. Sevindiricidir ki, komanda yüklənmiş dönəmdə də verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışırdı".
 
Baxşıyev bu gün başa çatan hazırlıq prosesini də toxunub: “Ümumi götürəndə toplanışdan razı qaldım. Əlbəttə, çatışmayan cəhətlər var. İnanıram ki, bu çatışmazlıqları da aradan qaldıracağıq. Komanda kimi heç iki həftə deyil ki, bir yerdəyik. İnanıram ki, günü-gündən optimal formaya yaxınlaşacağıq".
 
Təcrübəli mütəxəssis Çexiya klubu ilə matçda rotasiya etdiklərini vurğulayıb: "Daha çox gənclərə şans verdik. Bu oyun gənclər üçün təcrübə olacaq. “Sumqayıt”la kubok matçına 9 gün var. Bərpa prosesini tam keçib vətənə dönəndən sonra bütün düşüncə həmin qarşılaşma ilə bağlı olacaq”.






Misli Premyer liqa

"Şamaxı" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 19:02 30.01.2026
"Şamaxı" onunla yollarını ayırıb
“Sumqayıt" və “Qəbələ”dən qələbə
  • Misli Premyer liqa
  • 18:59 30.01.2026
“Sumqayıt" və “Qəbələ”dən qələbə
“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb