6 noyabr 2026. Cümə

Qərb derbisinin vaxtı açıqlandı


Qərb derbisinin vaxtı açıqlandı
"Kəpəz” və “Turan Tovuz” arasında keçirilməli olan yoxlama oyununun tarixi müəyyənləşib. Corner.az xəbər verir ki, yanvarın 22-də keçirilməli olan, lakin baş məşqçilərin qərarı ilə təxirə salınan bu matç fevralın 8-də baş tutacaq.
 
Bu barədə “Kəpəz”in mətbuat xidməti məlumat yayıb. Komandalar Gəncədə qarşılaşacaqlar. Şəhər stadionunda keçiriləcək oyuna saat 14:00-da start veriləcək.






Misli Premyer liqa