19 mart 2026. Cümə axşamı

Azərbaycanda futbolçu nəsli kəsilir - Rəşad Sadıqov


Azərbaycanda futbolçu nəsli kəsilir - Rəşad Sadıqov

"Get-gedə Azərbaycanda futbolçu nəsli kəsilir"

Corner.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov İctimai TV-də yayımlanan "Bol idman" verilişində deyib.

39 yaşlı mütəxəssis aşağı yaş qruplarında vəziyyətin ürək açan olmadığını vurğulayıb: "Elə yaş qruplarımız var ki, adlarını çəkmək istəmirəm. Gedib kənardan baxır və fikirləşirsən ki, 6-7 ildən sonra bizi nə gözləyir? 6-7 il sonra nə edəcəyik? Bunlar qarşılıqlı müzakirəyə çıxarılmalıdır. Bu sahədə daha savadlı ekspertlərimiz kimdirsə, onlarla müzakirə olunmalıdır. Lazımdırsa, beynəlxalq mütəxəssislər dəvət olunmalı, bir çıxış yolu tapılmalıdır. Bu gün gedən proseslər göstərir ki, bu, çıxış yolu deyil. Bizim futbolçu nəslimiz kəsilir".

Sadıqov futbolçu nəslinin kəsilməyə doğru getdiyini 5 il əvvəl də söylədiyini bildirib: "2017-ci ilin dekabrında İtaliyada "Roma"nın U-19 komandasına qarşı UEFA Gənclər Liqasının son tur oyunundan sonra açıqlamamda söyləmişdim ki, bəzi mövqelərdə futbolçu nəslimiz kəsilir. Müxtəlif mövqelər var ki, artıq ora futbolçu gəlmir. Bəzi milliləşmiş oyunçuların, "Qarabağ", "Neftçi" və "Qəbələ"nin yetirmələrinin hesabına bu gün millimizdə müəyyən 15 - 20 futbolçu var. Yaxşı ki, onlar son dönəmlərdə ortaya çıxıb. Amma geri boylananda görürsən ki, 6-7 ilə çox ciddi futbolçu qıtlığımız olacaq, 4-5 ötürməni ardıcıl verə bilməyən futbolçularla meydana çıxacağıq. Bu səbəbdən, nələrsə etmək lazımdır".







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi