9 avqust 2026. Bazar günü

Cavab matçına da ciddi hazırlaşmalıyıq - Qurban Qurbanov


Cavab matçına da ciddi hazırlaşmalıyıq - Qurban Qurbanov
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Keşlə"yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Qurbanov, 1:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
 
- Çox asan olmadı. Tam istədiyimiz formada deyilik. İlk oyunda istədiklərimizin az hissəsini gördük. "Keşlə" tam kubok komandasıdır. Bu turnirdə fərqli iştirak edirlər. Onlarda kuboka daha böyük inam, istək var. Matçda yaxşı imkanlarımız oldu. Hər bir halda, qələbə qazana bildik. Qarşıda bizi cavab oyunu gözləyir. Ciddi hazırlaşmalıyıq.
 
- Növbəti oyun "Neftçi" ilədir. Nə düşünürsüz?
- 6 gün vaxtımız olacaq. Sabahdan başlayacağıq. Son çempiona qarşı oynayacağıq. Çox ciddi hazırlaşmalıyıq.
 
- "Marsel"ə qarşı necə oynayacağınızı müəyyənləşdirmisiz?
- Düşüncələrim var. Lakin komandaya hələ bildirməmişəm. Çox dəyişilik etməməyə çalışacağıq. Xırda elementlərdə bəzi dəyişikliklər ola bilər.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı